Tərcümeyi-hal

Mohammad Taqi Xalili 1976-ci ildə Əfqanıstanın Vardak vilayətinin Maydan şəhərində anadan olmuşdur.

Gənc yaşlarında Mohammad Taqi ibtidai və orta təhsilini almaq üçün Vardakdan Kabula köçür. Sonrakı ali təhsilini İran, Azərbaycan və İsveçrədə davam etdirir. Mohammad Taqi Siyasi Elmlər sahəsində bakalavr bitirib, və 2012-ci ildə Vaşinqtonun prestijli Corctaun Universitetində Liderlik üzrə Magistr dərəcəsini qazanmışdır.

2002-ci ildə Taliban hökumətinin süqutundan sonra, cənab Xalili Xarici İşlər Nazirliyində işə başlamışdır. İlk təyinatı Cenevada yerləşən Əfqanıstanın BMT-dəki Daimi Nümayəndəliyinin Üçüncü Katibi vəzifəsi olmuşdur. İsveçrədə beş il çalışdığından sonra Kabula qayıdıb, Əfqanıstan Prezidentinin Müavini seçilmiş atası cənab Mohammad Karim Xalilinin Siyası Müşaviri vəzifəsinə təyin edilib.

Cənab Xalili Siyasi Müşavir vəzifəsində çalışdığı müddətdə Həmid Karzainin prezident seçilməsində fəal iştirakı ilə fərqlənmişdir. Əfqanıstanın tarixində ilk dəfə olaraq, 2009-cu ildə Prezident Karzainin seçkilərindən iki həftə əvvəl 50.000 nəfərə çatan siyasi partiya dəstəkçilərinin Kabul İdman Stadionunda baş tutmuş ən böyük toplantısının Kampaniyalar üzrə Baş Meneceri olmuşdur. Əvvəlki dövrdə məzlum olan qadınların kampaniyanın fəal iştirakçılarına çevrilməsi Əfqanıstanın insan hüquqları sahəsində nailiyyət hesab edilmişdir. Cənab Xalilinin rəhbərliyi Əfqan gənclərinin aktiv cəlb edilməsi ilə xarakterizə olunub.

İki il Prezident müavinin Müşaviri vəzifəsini icra etdikdən sonra, 2010-cu ildə cənab Xalili Əfqanıstanın ABŞ-dakı Səfirliyinin Siyasi Müşavir vəzifəsinə təyin olunmuşdur. İki il yarım ərzində Əfqanıstan və ABŞ arasındakı strateji əməkdaşlığın formallaşmasında səylər göstərilmişdir, bu isə öz yerində gələcəkdə xalqın iqtisadiyyat və təhlükəsizliyinin inkişafı üçün təmin yaratdı.

2013-cü ilin Fevral ayında Nyu-Yorkda yerləşən  Əfqanıstanın BMT-dəki Daimi Nümayəndəsinin müavini və Naziri vəzifəsinə təyin edilmişdir. 2014-cü ilin iyun ayında səlahiyyətlərini bitirmiş və Kabula geri qayıtmışdır.

19 Dekabr 2014-cü il tarixindən etibarən rəsmi olaraq Əfqanıstan İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində fəaliyyətə başlamışdır.

Səfir Xalili evlidir, 1 qızı və 2 oğlu var.