Viza Verilməsi Qaydaları

Əfqanıstan İslam Respublikasının Bakıdakı Səfirliyi mövcud qaydalara əsasən, Azərbaycan və Gürcüstanda yaşayan şəxslərə yalnız bir aylıq birdəfəlik səfər üçün viza verəcəkdir. Əfqanıstanda daha uzun müddət qalmaq istəyənlər isə Əfqanıstanın Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə viza müddətinin uzadılması üçün müraciət edə bilərlər.

 

Viza verilməsi üçün tələb olunan sənədlər

Viza almaq üçün Səfirliyin Məlumat şöbəsinə müraciət edən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Diqqətlə oxuduqdan sonra imzalanmış Viza ərizə anketi (viza üçün müraciət edənlər aşağıdakı linkdən viza ərizə anketini yükləyə bilərlər);
  2. Viza üçün müraciət edən şəxsin pasportunun etibarlıq müddətinin bitməsinə ən azı altı ay vaxt qalmalıdır;
  3. Pasport ölçüsündə iki ədəd standart şəkil;
  4. Rəsmi səfər olduqda, aidiyyəti qurum tərəfindən səfərin məqsədini təsdiq edən rəsmi sənəd.

 

Daha ətraflı məlumat üçün Səfirliyin Konsulluq şöbəsi ilə əlaqə saxlaya bilərsiniz:

Tel: (+994 12) 539 54 52

 

Viza üçün ərizə anketi

 

Konsulluq şöbəsinin iş saatları:

Sənədlərin qəbulu: Bazar ertəsi - Cümə 09:00-dan saat 13:00-dək.

Sənədlərin verilməsi: Bazar ertəsi - Cümə 14:00-dan saat 16:30-dək.

          Nahar fasiləsi: saat 13.00-dan 14.00-dək.