Səfirin Müraciəti

Əfqanıstanın Azərbaycandakı Səfirliyinin internet səhifəsində Sizi səmimi qəlbdən salamlayıram.


Qardaş xalqlarımız bir-birinə tarix və daimi inkişaf ilə sıx bağlıdır və son illərdə müşahidə olunan iqtisadi və sosial inkişaf Əfqanıstan İslam Respublikası və Azərbaycan arasında münasibətləri daha da dərinləşdirir və xalqlarımızın daha parlaq gələcəyinə inamı artırır.  Bizim siyasi və mədəni əlaqələrimiz, ölkələrimiz arasında olan sərmayə və ticarət axını hər zaman yeni imkanlar yaradacaqdır və biz regionda iki dost xalq olaraq birgə yeni inkişaf yollarını araşdırmağa cəhd göstərməliyik.

Əfqanıstan Səfirliyi Azərbaycan xalqı və höküməti ilə əlaqələrini hər sahədə inkişaf etdirmək üçün səylərini əsirgəməcəyini bir daha qeyd edir. Biz ümid edirik ki, Səfirliyin internet səhifəsi bizim məramımızın həyata keçməsinə dəstək olacaq və eyni zamanda Azərbaycan-Əfqanıstan münasibətləri ilə əlaqədar bütün növ məlumatların çatdırılması və xidmətlərin göstərilməsində əvəzsiz olacaqdır.

Əfqanıstan Səfirliyinin internet səhifəsini nəzərdən keçirdiyinizə görə sizə təşəkkür edirəm. Sizin ziyarətiniz və göstərdiyiniz diqqət tərəfimizdən yüksək qiymətləndirilir və məmnuniyyətlə qarşılanır.



Hörmətlə,

Mohammad Taqi Xalili