Səfirin Azərbaycanın Mədəniyyət və Turizm Naziri ilə görüşü

03 İyul, 2015

Səfir Xalili Azərbaycanın Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev ilə görüşündə Bakıda keçirilən Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması ilə bağlı Nazirə və Azərbaycanın rəhbərliyinə səmimi təbriklərini çatdırdı. Həmçinin, bütün regiona fəxr qazandıran Azərbaycanın regionda və bütün dünyada dostluq münasibətlərin təşviqi təşəbbüsünə görə Səfir dərin minnətdarlığını bildirdi. Turizm sahəsində potensial tərəfdaşlığın imkanlarını müzakirə edərək, Səfir Xalili müharibə illərinin Əfqan xalqının öz mədəniyyətinə olan sevgisini soldura bilməyəcəyini qeyd etdi və son zamanlarda Əfqanıstana qayıdan vətəndaşların incəsənət və digər sahələrə qoyulan sərmayəni vurğuladı.