Əfqanıstanın Azərbaycandakı Səfiri Mohammad Taqi Xalili Dövlət Sərhəd Xidmətinin Rəisi Elçin Quliyev ilə Görüşdü

10 Mart, 2015

Görüşün əvvəlində General Quliyev Əfqanıstan Səfirini ürəkdən salamladı və yeni diplomatik təyinatı ilə təbrik etdi. 

General Quliyev ikitərəfli münasibətlərin sürətli inkişafını məmnuniyyətlə qeyd etdi və ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün qarşılıqlı maraq doğuran sahələrə diqqətin artırılmasının zərurətini vurğuladı.

Keçən il Sərhəd Xidmətinin Rəisi yüksək səviyyəli nümayəndənin başçısı kimi Əfqanıstana səfəri zamanı göstərilən səmimi qonaqpərvəliyə görə minnətdarlığını bildirdi və Əfqan nümayəndələri ilə konstruktiv və dəyərli fikir mübadiləsinin aparıldığını qeyd etdi. General Quliyev Prezident Mohammad Əşrəf Qanini yüksək dəyərləndirib, və Zati-Aliləri ilə görüşü unudulmaz olaraq xarakterizə edib. 

Cənab Quliyev Əfqanıstanın yüksək dərəcəli məmurları ilə keçirilən geniş müzakirələrin nəticəsində praktiki və zəruri addımların atılacağına ümidvar olduğunu bildirdi. 

Əfqanıstanın Bakıdakı Səfiri Mohammad Taqi Xalili Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Rəisinin göstərdiyi səmimi qəbula görə minnətdarlığını bildirdi.

Səfir qeyd etdi ki, özü və Səfirliyin əməkdaşları uzunmüddətli dost və əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə çatdırılması üzrə yorulmadan çalışır, və bu, bir tərəfdən, Milli Birlik Hökumətinin Azərbaycanla əlaqələrin təkmilləşdirilməsində olan siyasi iradənin artmasına, o biri tərəfdən isə, ortaq mədəni, dini və tarixi əlaqələrin üzərində qurulmasına əsaslanır.  

Müzakirə zamanı Səfir söyləmişdir: “Əfqanıstan tarixinin ən mühüm dövründə Azərbaycanla olan münasibətlərin inkişafında və gücləndirilməsində yardımçı olduğumdan şərəf duyuram.”

Həmçinin, Səfir Xalili Zati-Aliləri Mohammad Əşrəf Qaninin Əfqanıstanın iqtisadi inkişafı və firavanlığının yüksək dərəcəyə çatdırılmasında Azərbaycanın inkişaf təcrübəsinin tətbiq edilməsi fikri haqqında danışdı. 

On doqquz il əvvəl Bakıya səfərini xatırlayaraq, cənab Xalili iki onillik ərzində Bakıda baş verən gözə çarpan və fenomenal dəyişiklikləri və inkişafı heyranlıqla qeyd etdi.

Səfir Xalili Azərbaycanın müxtəlif sahələrdə yüksək inkişafını məhrum Prezident Heydər Əliyevin müdrik rəhbərliyi və bu siyasətin indiki Prezident İlham Əliyev tərəfindən davam edildiyini vurğuladı. 

İki ölkə rəhbərlərinin yüksək səviyyəli fikir mübadiləsini məmnuniyyətlə qeyd edərkən, Səfir Xalili Prezident Qani və Prezident Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərcivəsində baş tutmuş son görüşünü xüsusilə vurğuladı. İkitərəfli əlaqələrin genişləndirilməsində cənab Səfir bu görüşləri iki ölkənin iradəsinin nümayişi kimi təsvir etdi.  

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirinin Kabula son səfərini vurğulayaraq, cənab Xalili iki ölkə arasında olan münasibətlər və iqtisadi əməkdaşlığın yeni səviyyəyə qalxmasını qeyd etdi.  Cənab Xalili münasibətlərin təkmilləşdirilməsində mövcud imkanların səmərəli istifadəsinin zərurətinə diqqət yetirdi.