Əfqanıstanın Azərbaycandakı Səfiri Mohammad Taqi Xalili Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Naziri Şahin Mustafayev ilə Görüşdü

12 Mart, 2015

Cənab Mustafayev Əfqanıstana son səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Əfqanıstan Səfirinə təşəkkürlərini bildirdi və bu səfərin iki ölkə arasında iqtisadi əlaqələrinin genişləndirilməsində mühüm və faydalı rol oynadığını qeyd etdi.  Nazir səfəri ikitərəfli iqtisadi münasibətlərin gücləndirilməsində yeni dövrün başlanğıcı kimi xarakterizə etdi. 

İqtisadi və ticari sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin imkanlarını sadalayan Nazir, ikitərəfli əlaqələrin inkişaf edilməsində siyasi  iradənin artmasını da qeyd etdi. Bundan başqa, Nazir səmərəli mexanizm və praktik çərçivələrinin təsis edilməsini və əməkdaşlığın inkişafı üçün mövcud imkanların faydalı istifadəsini Əfqanıstan və Azərbaycan üçün hal-hazırda prioritet sayıldığını vurğuladı. Həmçinin, cənab Mustafayev Azərbaycan investorlarının Əfqanıstanın tikinti materiallarının istehsalı sahəsinə maya qoymasına hazır olduqlarını əlavə etdi. 

Nazir Prezident Qaninin iqtisadi inkişaf proqramları haqqında heyranlıqla danışdı və bu proqramların reallaşması Əfqanıstanı firavan və inkişaf etmiş ölkəyə çevirəcəyinə əmin etdirdi. Sonunda Kabula təşkil olunmuş səfərin asanlaşdırılmasında göstərilən səylərə görə Nazir Səfir Xaliliyə və Səfirliyin əməkdaşlarına dərin minnətdarlığını bildirdi. 

Nazirin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Kabula səfəri zamanı Əfqanıstan və Azərbaycan rəsmiləri arasında olan konstruktiv mübadilənin keyfiyyətini Səfir Xalili məmnuniyyətlə qeyd etdi. 

Səfir Xalili cənab Mustafayevin Əfqanıstanın gələcəyinə dair Prezident Mohammad Əşrəf Qaninin proqramları və planlarına göstərilən etimada görə təşəkkür bildirdi. Səfir Əfqanıstanın iqtisadi inkişafının təkmilləşdirilmiş təhlükəsizlik şəraitindən asılı olduğunu  və bu məqsədin reallaşdırılmasını Əfqanıstanın regiondakı qonşu ölkələr ilə birgə əməkdaşlığında gördüyünü vurğuladı. Səfir Xalili yüksək səviyyəli Əfqan nümayəndə heyətinin müvafiq zamanda Bakıya səfəri zamanı iki xalq arasında ikitirəfli əlaqələrin inkişaf yollarının müzakirə ediləcəyinə ümid etdi.

Bundan əlavə, Zati-Aliləri Səfir Xalili Əfqanıstan hökuməti və xalqı adından Azərbaycan Prezidenti Zati-Aliləri İlham Əliyevə salamlarının və Əfqanıstana olan dəyişilməz dəstəyə və iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün göstərilən səylərə görə dərin təşəkkürlərinin İqtisadiyyat və Sənaye Nazirindən çatdırılmasını xahiş etdi.