Səfir Xalili Azərbaycanın Xarici İşlər Nazirinin müavini Araz Əzimov ilə görüşdü

16 Yanvar, 2015

Əfqanıstanın Azərbaycan Respublikasındakı Səfiri Mohammad Taqi Xalili Azərbaycanın Xarici İşlər Nazirinin müavini Araz Əzimov ilə görüşüb.

Xarici İşlər Nazirinin müavini Əfqanıstanın yeni Səfirini qarşıladı və Səfirin yeni diplomatik fəaliyyətində Azərbaycana xidmət etmək arzusunu yüksək dərəcədə dəyərləndirdi.

Əfqanıstan Səfiri iki ölkə arasında dərin tarixə əsaslanan dostluğun əhəmiyyətini qeyd etdi və cənab Əzimova Əfqanıstanın təhlükəsizlik və sabitliyinin saxlanılmasında, imkanların yaradılmasında və çoxtərəfli təşkilatlarda Azərbaycanın göstərdiyi yardım və əməkdaşlığı üçün təşəkkürlərini bildirdi.

Əfqanıstanın mövcud şəraitində Əfqanıstan xalqı və həmçinin Əfqanıstanın beynəlxalq həmkarlarının yeni Milli Birlik Hökumətinin (MBH) ölkənin iqtisadiyyatını gücləndirilməsinə dair inamlarını Səfir böyük optimizmlə vurğuladı. Səfir Xalili yeni nazirlər kabinetinin formalaşmasıyla hərtərəfli iqtisadi inkişaf proqramını həyata keçirən hökumətinin Əfqanıstanda əlverişli investisiya mühitini yaradacağına və Azərbaycanın iş adamları tərəfindən Əfqanıstana investisiyaların cəlb edilməsinə ümidvar olduğunu bildirdi.

Cənab Araz Əzimov Azərbaycan və Əfqanıstan arasında qarşılıqlı etimada əsaslanan münasibətləri  təsdiqlədi və cənab Xalilinin diplomatik fəaliyyəti zamanı ikitərəfli sazişlərin tezliklə imzalanması arzusunu ifadə etdi. Hazırda danışıqlar vasitəsilə tamamlanan müqavilələr iki ölkə arasında effektiv  əməkdaşlığa əsas qoyacaq və Azərbaycana Əfqanıstanı maraqlandıran sahələrdə təcrübəsi ilə bölüşməyə və Əfqanıstan xalqına və hökumətinə daha böyük dəstək göstərməyə imkan yaradacaq.

Həmçinin, Əfqanıstanın yeni təyin olunmuş Səfiri Əfqanıstan hökumətinin regiondakı ölkələr ilə münasibətlərin gücləndirilməsi və genişləndirilməsi istiqamətində israrlı təədüdünü və bölgənin problemlərinin aradan qaldırılması üçün regional inteqrasiyasının vacibliyini bildirdi. Əfqanıstan Prezidenti Zati-Aliləri Əşrəf Qani və Baş İcraçının bu yaxınlarda Bakı şəhərinə səfəri Əfqanıstan hökumətinin Azərbaycanla əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsinə verilən diqqət və əhamiyyətinin göstəricisidir. Səfir Xalili Əfqanıstanın Bakıdakı Səfirliyinin Kabuldakı müvafiq hökumət orqanları ilə birlikdə iki ölkə arasında dost münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın qarşılıqlı məqsədlərinin reallaşdırılması üçün səylərin əsirgəməyəcəyini cənab Əzimova əmin etdirdi.

Cənab Araz Əzimov regional əməkdaşlığın mövcud imkanlarını vurğuladı və bu imkanların səmərəli istifadəsində hər iki tərəfin yüksək səviyyəli qurumlarının mühüm rolunu qiymətləndirdi.

Görüşün sonunda Azərbaycanın Xarici İşlər Nazirinin müavini yeni Əfqanıstan Səfirinə diplomatik fəaliyyətində uğurlar arzuladı və Əfqanıstan Səfirliyinə tam dəstək və əməkdaşlıq edəcəyini bildirdi.