Səfir Xalili Belarus Səfiri Nikolay Patskeviç ilə görüşdü

22 Yanvar, 2015

Bugün Əfqanıstan Səfiri Belarusun Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri və Bakıdakı diplomatik korpusunun Duayeni Nikolay Patskeviç ilə görüşüb.

Görüş zamanı cənab Patskeviç Diplomatik Korpusunun yeni üzvü Səfir Xalilini ürəkdən qarşıladı və yeni diplomatik təyinatı ilə təbrik etdi.

Belarus Səfiri ölkəsinin müxtəlif sahələrində olan tərəqqi və inkişafından, Azərbaycan və Belarus arasında olan geniş əlaqələr və Azərbaycana qoyulan investisiyaların səviyyəsi haqqında ətraflı məlumat verdi.

Əfqanıstan Səfiri Belarusda baş verən son inkişaflara dair yenilənmiş məlumatlar verdiyi üçün cənab Patckeviçə təşəkkürlərini bildirdi. Səfir Xalili Əfqanıstanda baş verən siyasi inkişaf və xarici şirkətlər üçün yaradılan investisiya şəraiti haqqında danışdı. Əfqanıstanın xarici siyasətinə əsaslanaraq Səfir Xalili demişdir: “Əfqanıstan azad və suveren ölkədir. Digər ölkələr və beynəlxalq cəmiyyətlə münasibətlərimizi milli maraq, azadlıq və qarşılıqlı hörmət kimi fundamental anlayışlar üzrə qururuq.” Səfir Əfqanıstan və Belarus arasında əlaqələrinin müxtəlif sahələrdə genişləndirilməsinə dair ümid və arzularını bildirdi.