Səfir Xalili ADA Universitetinin Əfqan tələbələrini qəbul etdi

19 Yanvar, 2015

Əfqanıstanın Azərbaycan Respublikasındakı Səfiri Mohammad Taqi Xalili hazırda ADA Universitetinin Beynəlxalq Münasibətlər və Biznes fakültələrində təhsil alan Əfqan tələbələrini Səfirlikdə qəbul edib.

Görüşün əvvəlində Əfqan tələbələrinin nümayəndəsi Səfiri yeni diplomatik təyinatı ilə təbrik etdi.

Əfqanıstan Səfiri Əfqan tələbələrinə Səfirliyi ziyarət etdikləri üçün təşəkkürünü bildirdi. Səfir Əfqanıstandakı mövcud şəraiti siyasi və iqtisadi baxımdan ətraflı izah etdi və yeni Milli Birlik Hökumətinin formalaşmasını Əfqanıstanı daha parlaq gələcəyə gətirəcəyini vurğuladı. Daxili və davamlı iqtisadi inkişaf proqramlarını reallaşdıraraq və Əfqanıstanda xarici investisiyalar üçün əlverişli şərait yaradaraq,  Səfir Əfqanıstan hökumətinin Əfqanlıların yaşayış imkanlarının yaxşılaşdırılması üçün göstərdiyi səylər haqqında optimizmlə danışdı. Səfir tələbələrə olan çıxışında yeni kabinetin yaradılmasıyla hökumətin bütün sahələrində proqram və fəaliyyətlərin sürətli inkişaf yolu gedəcəyini, və beləliklə, ölkədə mövcud olan imkanların səmərəli istifadə perspektivlərinin artırılması ilə bağlı ümidlərini bölüşdü.

Sonunda Səfir tələbələri təhsillərini bitirdikdən sonra Əfqanıstana qayıtmağa və ölkənin inkişafında və yenidən qurulmasında gələcək lider rolunu həyata keçirtməyə çağırdı.