Səfir Taqi Xalilinin Əfqanıstanın Milli Günü münasibətilə Bakıda keçirilən İlk Ziyafətində Çıxışı

18 Sentyabr, 2015

Səfir Taqi Xalilinin Əfqanıstanın Milli Günü münasibətilə Bakıda keçirilən İlk Ziyafətində Çıxışı

Çıxışın tərcüməsi

Cənab Nazir Səlim Müslümov, Zati-Aliləri, Xanımlar və Cənablar, Əfqanıstanın Milli günü münasibətilə Bakıda keçirilən ilk ziyafətə xoş gəlmişsiniz. Əfqanıstanın Müstəqilliyinin 96-cı ildönümünü qeyd etməyə təşrif buyurduğunuz üçün öz dərin minnətdarlığımı bildirirəm.

İlk öncə, bu tədbirin reallaşmasında mühüm rol oynayan Azersun və AzMeCo şirkətlərinə göstərilən dəstəyə görə öz dərin təşəkkürümü bildirirəm.

Bakını son dəfə gördüyüm andan 20 il keçib. Əfqan tələbəsi olaraq xalqın ürəyi və qəlbi olan paytaxt şəhərində məskunlaşdım - hansıki 20 il sonra – bugün – siyasi, sosial, iqtisadi tərəqqisi ilə yüksək inkişaf templəri nümayiş etdirir, getdikcə cavanlaşır, gözəlləşir və öz statusunu fəxrlə qoruyur.

Müstəqillik anlayışı azadlığını əldə edən bütün xalqlar üçün böyük məna daşıyır. Bu, bəlkə, mənim çıxışımın ən önəmli hissəsidir, çünki Əfqan xalqı həqiqətən fədakar və sadiq, perspektivlərə və imkanlara çox optimist yanaşan, Əfqanıstanın əziyyətlərlə dolu olan qışından inkişaf və imkanlarla zəngin bahara çıxacağına inanırlar. 

Bu səbəbdən bizim Müstəqilliyimizin ildönümü xüsusi əhəmiyyət kəsb edir. Keçid dövründən ilk dəfə olaraq Əfqanıstan torpağınının keşiyində öz vətəndaşlarımızdan təşkil olunmuş hərbi birliklər duracaqdır. Bu mərd insanların cəsarəti, etimadı və, həmçinin, fədakarlıqları sayəsində ölkəmizi daha parlaq və güclü gələcək gözləyir.

Əfqanıstanda qurulmuş yeni hökümət ölkənin həyatında bütün növ çətinliklərin aradan qaldırılması məsələsində uğurla fəaliyyət göstərmişdir. Uşaq ölümü azalmış, təhsil imkanları yüksəldilmiş və təhlükəsizlik məsələləri daim təkmilləşdirilir. İnfrastruktur üzrə işlər mütəmadi olaraq aparılır, və Əfqan xalqı ölkəyə yatırılan sərmayəni yüksək dəyərləndirir.  

Sözügedən irəliləyişlər arasında ən əsası və qabaqcılı davamlı iqtisadi inkişaf proqramının hazırlanıb tətbiq edilməsi və Əfqanıstanda xarici investorlar üçün münbit şəraitin yaradılması üzrə planın həyata keçirilməsidir. Bundan əlavə, Əfqanıstanın mərkəzi və cənubi Asiyanı birləşdirən regional qovşağa çevirilməsi yeni hökümət tərəfindən Kabulda keçirilən son RECCA konfransında öz əksini tapmışdır. 5 sentyabr 2015-ci il tarixində Əfqanıstan tərəfindən təşkil olunmuş Yüksək Səviyyəli Məmurların görüşü Əfqanıstan və beynəlxalq cəmiyyət arasında olan qarşılıqlı öhdəliyi bir daha qeyd etmişdir.

Beynəlxalq cəmiyyət tərəfindən dəstəklənən, Əfqanıstan böyük addımlar atmaqla yanaşı hələ də tam sabit və firavan ölkəyə çevirilməsi üçün dəstəyə ehtiyacı vardır. 

Bu məqsədlə, Əfqanıstan və Azərbaycan terrorizmə qarşı həmrəyliyini göstərir. Fürsətdən istifadə edərək, Əfqanıstanda xidmət göstərən və öz həyatlarını qurban verən cəsarətli Azərbaycan əsgərlərinə öz salamlarımı və təşəkkürlərimi bildirirəm. Sizin sayənizdə regionumuz daha təhlükəsizdir. Sizin sayənizdə terrorizm təhlükəsi günbəgün durmadan azalır. Regiondakı təcavüz dözülməzdir. Bu səbəbdən biz Ermənistanın işğalını qınayırıq, və bizim mövqemiz sarsılmaz olaraq qalır.

Azərbaycan sədaqətlə yanımızda dayandığı kimi, biz də sədaqətlə sizin yanınızdayıq. Qarşımızda olan yol boyunca, ölkələrimizin tərəqqisinin gücləndirilməsi, çətinliklərin öhdəsindən gəlməsi, ikitərəfli əlaqələrin genişləndirilməsinə yönəlmiş imkanların aşkar olunmasına dair diqqətin artırılması üçün səylərimizi əsirgəməməliyik.

Beləliklə, Əfqanıstan Prezidenti və xalqı adından daimi göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə ən dərin təşəkkürlərimi bildirməkdən şərəf duyuram.

Bugün bir yerə toplanaraq, xalqımın müstəqilliyi ilə yanaşı, biz ürəklərimizdə yaşayan azadlıq və sabitlik amalını qeyd edirik. Bu möhtəşəm gündə bizimlə olduğunuz üçün Bir daha Sizə ən dərin təşəkkürlərimi bildirirəm.