Səfir Mohammad Taqi Xalilinin Əfqanıstanın Milli Gününün 97-ci ildönümü ilə əlaqədar Çıxışı

19 Sentyabr, 2016

Əfqanıstanın Milli Gününün 97-ci ildönümünü qeyd etməyə təşrif buyurmanız mənim üçün böyük şərəfdir.

Cənab Nazir Əbülfəs Qarayev, Zati-Aliləri, xanımlar və cənablar, rifaha aparan proses və səbrli öyrənmə yolu, hər zaman olduğu kimi, Əfqanıstan üçün uzun və cəsarətli, lakin doğru bir yol olacaqdır.

Əfqanıstanın institusional orqanlarının bütövlüyünü təmin etmək yönündə nümayiş etdirdiyimiz ciddi iradə, və bu iradənin təcəssümu olan ASAN Xidmət ilə bizim Maliyyə Nazirliyi arasında imzalanan Anlaşma Memorandumuna baxmayaraq, biz hələ də maneələrlə qarşılaşırıq.

Təhlükəsizlik məsələsi Əfqanıstanın inkişafı qarşısında duran ən böyük əngəl olaraq qalır. Bizim həmkarlar bunu təsdiqləyir. Dünya Bankı bəyan edir ki, “Əfqanıstanda inkişaf tərəqqisində olan əsas məhdudiyyət hökm sürən üsyan və vətəndaş münaqişəsidir.”

Bu maneələrin artmasını aradan qaldırmaq üçün əsas yol, bildiyiniz kimi, beynəlxalq cəmiyyətin dəstəyidir. Xalqın təhlükəsizliyini qorumaqda sözügedən dəstəyin nə gədər vacib olmasını nəzərə alaraq, Zati-aliləri Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə daim inkişaf etməkdə olan ikitərəfli əməkdaşlıq üçün ən dərin minnətdarlığımı bildirirəm.

Bu əlaqələr və dostluq münasibətləri bizim müdafiə və digər təhlükəsizlik qüvvələrinə göstərilən müxtəlif dəstək yollarında əks olunur. Ümumiyyətlə, Azərbaycanda və öz vətənində yaşayan əfqanlar bir sıra müəssisələrdə təlim və təhsil vasitəsilə yardım alıblar və biz bunun üçün çox minnətdarıq.

Prezident Əşrəf Qanininin keçən ilin dekabr ayında Bakıya rəsmi səfəri də öz növbəsində sizin dostluq, və regionda sülh və sabitliyin təmin edilməsi yönündə nümayiş etdirdiyiniz siyasətin parlaq təcəssümüdür. Bundan əlavə, bu dostluq münasibətləri 2016-cı ilin iyul ayında Dövlət Sərhəd Xidmətinin Rəisi cənab Elçin Quliyev ilə mənim imzalamağa layiq görüldüyüm hərbi yardım haqqında sazişin  bağlanmasında da öz əksini tapıb.

Lakin iqtisadiyyatımıza olan təzyiqlərə baxmayaraq, Əfqanıstan iqtisadiyyatının 2018-ci ilə qədər illik 1.9% artım göstəricisindən 3.6% illik artım səviyyəsinə qalxması proqnozlaşdırılır. Büdcənin səmərəli idarə olunması tədbirləri və məhdudlaşdırılmış xərclər vasitəsi ilə biz Əfqanıstan dövlət büdcəsinin  balanslaşdırmasına nail olmuşuq. Sabiq rəhbərlik tərəfindən təməli qoyulmuş inkişafa yönümlü siyasət nəticəsində məktəblərə qəbul göstəricisi ilə müəllimlərin sayı da artmış və tibb müəssisələrinin sayında da üç dəfədən çox artım müşaiyət olunmuşdur.

Əfqan diasporası bütün dünyaya səpələnmişdir, lakin bu diaspora bir birinə qardaşlıq və ortaq İslam dini bağları ilə bağlanmış Azərbaycanda daha geniş yayılmışdır. Bir məşhur sahibkar vaxtilə bu sözləri söyləmişdir: “Mən heç vaxt müvəffəqiyyətli olmağı arzulamamışam, mən müvəffəq olmaq üçün həmişə mübarizə aparmışam.” Bu önəmli gündə ümid edirəm ki, başladığımız kimi, indidə Əfqanlıların layiq olduğu uğur istiqamətində gücümüzü əsirgəməyəcəyik. 

Təşəkkür edirəm.