Səfir Taqi Xalili Azərbaycanın İqtisadiyyat və Sənaye Naziri Şahin Mustafayev ilə görüşdü

11 Fevral, 2015

Əfqanıstanın Azərbaycandakı Səfiri Mohammad Taqi Xalili bugün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Naziri cənab Şahin Mustafayev ilə görüşüb.

Nazir Mustafayev Səfir Xalilini ürəkdən qarşıladı və Azərbaycan Respublikasına yeni diplomatik təyinatı ilə təbrik etdi.

Nazir iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini və hər iki ölkə rəhbərlərinin keçirtdiyi son görüşləri ikitərəfli əlaqələrin gücləndirilməsində mühüm rol oynayacağını qeyd etdi. Nazir Əfqanıstan və Azərbaycan arasında olan dost münasibətlərinin iqtisadi inkişaf sahəsində dərinləşdirilməsinin vacibliyini vurğuladı. Həmçinin, Nazir Mustafayev Əfqanıstan hökuməti və xalqına zəruri və prioritetli hesab olunan bütün sahələrində dəstək və kömək göstərməyə Nazirliyin hazır olduğunu əlavə etdi.

Öz növbəsində, Səfir Xalili Azərbaycanın özəl sektorunun iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli yer tutduğunu qeyd etdi. Səfir, həmçinin, Əfqanıstan Prezidenti Əşrəf Qaninin Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniyada baş tutmuş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində olan görüşünü qarşılıqlı səmərəli və faydalı olaraq qiymətləndirdi. Bu yüksək dərəcəli görüş və danışıqları ikitərəfli əlaqələrinin dərinləşdirilməsində iki ölkənin artan siyasi iradənin göstəricisi kimi qeyd edərək, Səfir Xalili söyləmişdir: “Regional əməkdaşlıq Əfqanıstanın xarici siyasətinin əsasını təşkil edir.”

Əfqanıstan Səfiri Əfqanıstan və Azərbaycan məhsullarının birgə sərgisinin tezliklə (2015-ci ilin oratalarında) keçirilməsini - özəl sektorun nümayəndələri və iki ölkənin investorları üçün təmas qurmaq və qarşılıqlı biznes imkanlarının və maraqlarının araşdırılması üçün mükəmməl şərait kimi qiymətləndirdi.

Görüşdə Lapiz Lazuli Nəqliyyat Dəhlizi, iki ölkə arasında birbaşa uçuşların bərpa olunması, və tikinti sektorunda Azərbaycan tərəfinin Əfqanıstanın texniki və məhsuldar qabiliyyətininin artırılması üçün göstərilən yardım mövzuları ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonunda Nazir Mustafayev bir daha Əfqanıstan Səfirliyinə tam dəstək olduğunu bildirdi və Səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.