Səfir Xalili Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyevlə görüşdü

29 Yanvar, 2015

Bugün Əfqanıstanın Bakıdakı Səfiri Mohammad Taqi Xalili Xarici İşlər Nazirinin İqtisadi və Humanitar İşlər üzrə müavini Mahmud Məmməd-Quliyevlə əhəmiyyətli görüş keçirtdi.

Cənab Məmməd-Quliyev yeni Əfqanıstan Səfirini Azərbaycana diplomatik təyinatı ilə təbrik etdi.

Görüş zamanı Səfir Xalili Azərbaycanın son illərdə Əfqanıstana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi və xüsusilə Xarici İşlər Nazirliyinin iqtisadi idarəsinin Azərbaycan və Əfqanıstan münasibətlərinin genişləndirilməsində əhəmiyyətli rolunu vurğuladı.

Əfqanıstan Səfiri Lapis Lazuli dəhlizi üzrə İkinci dialoqun 2015-ci ilin ortalarında Tbilisi şəhərində keçirilməsinə ümidvarlığını bildirdi və Lapis Lazuli dəhlizində Bakı Portunun mühüm rolunu qeyd edərək Azərbaycandan sözügedən nəqliyyat dəhlizinin bütün sahələrində davamlı və hərtərəfli dəstək göstərməyə çağırdı.

Bundan əlavə, Səfir Xalili müvafiq Əfqanıstanın orqanları və idarələri ilə birlikdə Azərbaycanın iş adamları və investorları üçün Əfqanıstana səfər edib investisiya imkanlarının araşdırması üçün şəraitin yaradılmasında göstərdiyi səyləri bildirdi.

Görüşdə Əfqanıstan və Azərbaycan məhsullarının birgə sərgisinin keçirilməsi, Əfqanıstanın TRASEKA-ya üzvlüyü və Lapis Lazuli Nəqliyyat Dəhlizi kimi vacib məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.