Əfqanıstan və Azərbaycan Arasında İnkişaf Edən Təhlükəsizlik Əməkdaşlığı

05 Fevral, 2016

Dostluq münasibətlərin yeni dövrünə addım ataraq, Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubov Səfir Mohammad Taqi Xalilini Nazirliyin Baş Ofisində qəbul etdi. Müzakirələr zamanı Azərbaycanın daxili təhlükəsizliyinin idarə edilməsində əldə olunan uğurlar, xüsusilə  narkotik və  mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və  Nazirliyin antiterror təşəbbüsləri qeyd olunmuşdur. Cənab Usubov əldə edilən müvəfəqiyyətlərdə Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının cari Prezidenti cənab İlham Əliyevin nümunəvi rəhbərliklərini vurğuladı. Həmçinin, iki xalqın və regionun sabitliyi və rifahı naminə Əfqanıstan və Azərbaycan arasında olan münasibətlətin dərinləşməsini Nazir yüksək dərəcədə qiymətləndirdi. Bu görüşün təşkili, dostluq əlaqələrin saxlanılması və Əfqanıstan Prezidenti Əşrəf Qaninin səfəri zamanı göstərilən səmimi qəbula görə təşəkkür edən, Səfir səfərin iki ölkə arasında olan münasibətlərin genişlənməsində, sosial-iqtisadi tərəfdaşlığın yeni və yaradıcı imkanların tədqiq edilməsində yeni dövrə addım kimi qeyd etdi. İki millət  arasında mövcüd olan sıx əməkdaşlığa təməl qoyan, ötən il Əfqanıstan-Azərbaycan əlaqələrinin tərəqqisində mühüm mərhələ kimi qeyd edilmişdir.