Səfir Xalili Bakı Ali Neft Məktəbini Ziyarət Etdi

29 Oktyabr, 2015

Səfir  Mohammad Taqi Xalili Baki Ali Neft Məktəbinin Rektoru Elmar Qasımov ilə görüşdü. Əfqanıstan Səfirinə ziyarəti üçün təşəkkürünü bildirən Rektor məktəbin tədris planı, məqsədi və perspektivləri haqqında məlumat verdi. Təhsil müəssisənin ərazisi ilə tanış olduqdan sonra kafedra üzvləri və tələbələrlə görüş imkanı yaradılmışdır. İnsan kapitalına sərmayənin qoyulması məqsədilə Səfir Xalili texniki sahədə təhsil alan Əfqan tələbələrinə Bakı Ali Neft Məktəbi tərəfindən təqaüd verilməsini və şərait yaradılmasını xahiş etdi.