Əfqanıstan Prezidentinin Bakıya İlk Rəsmi Səfəri

22 Dekabr, 2015

Əfqanıstanın Xarici İşlər Naziri, Maliyyə Naziri, İctimai Təminat Naziri, Şəhərlərin inkişafı məsələləri üzrə Nazir, Mədən və Neft Naziri, Su və Enerji Naziri ilə müşayiət edilən Əfqanıstan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Əşrəf Qani 22 Dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasına ilk tarixi səfərini etmişdir. İki ölkə arasında diplomatik münasibətlər qurulan andan Əfqanıstan Prezidentinin Azərbaycana ilk rəsmi dövlət səfəri idi. Əfqanıstan Prezidenti Heydər Əliyev hava limanında Azərbaycan Respublikasının Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Əfqanıstanın Azərbaycandakı Səfiri Mohammad Taqi Xalili və Xarici İşlər Nazirinin müavini Nadir Huseynov tərəfindən qarşılanmışdır. Prezident Qani Azərbaycanın Baş Naziri, Milli Məclisin Sədri, Fövqəladə Hallar Naziri, İqtisadiyyat Naziri və Dövlət Sərhəd Xidmətinin Rəisi ilə səmimi və səmərəli görüşlər keçirtdi. Həmçinin, Prezident Qani Azərbaycanın müxtəlif sahələrində  fəaliyyət göstərən Baş İcraçı Direktorları və iş adamları ilə görüşdü.