Səfir Mohammad Taqi Xalili Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov ilə görüşdü

12 Dekabr, 2014

Əfqanıstanın Azərbaycandakı Səfiri Mohammad Taqi Xalili Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov ilə görüşüb.

Görüşün əvvəlində Nazir Məmmədyarov Əfqanıstan  Səfirini ürəkdən qarşıladı və yeni diplomatik təyinatı ilə təbrik etdi.

Cənab Məmmədyarov Əfqanıstan və Azərbaycan arasındakı münasibətlərin inkişafını qeyd etdi və iki ölkənin son yüksək səviyyəli təmasların səmərəli və faydalı olduğunu vurğuladı.  

Xarici İşlər Naziri Səfir Xaliliyə gələcək fəaliyyətində uğurlar arzuladı və ikitərəfli əlaqələrinin gücləndirilməsində Nazirliyin Əfqanıstan Səfirliyinə tam dəstək göstərib, əməkdaşlıq edəcəyinə əmin etdirdi.  

Səfir Xalili Əfqanıstanda baş verən son inkişaflarla bağlı Naziri məlumatlandırdı və Milli Birlik Hökumətinin formalaşmasını Əfqan rəhbərlərinin siyasi cəhətdən püxtələşməsinin göstəricisi kimi xarakterizə etmişdir. Bundan əlavə, Səfir yeni Əfqanıstan hökumətinə və Əfqanıstanda siyasi irəliləyişə göstərilən ictimai dəstəyi perspektivli olaraq təsvir etdi.

Həmçinin, iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün Səfir Xalili mövcud olan imkanların səmərəli istifadə edəcəyini qeyd etdi. Cənab Xalili diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrinin yüksək səviyyəyə çatdırılmasında səylərin əsirgəməyəcəyini Nazirə əmin etdirdi.

Görüşün sonunda Əfqanıstan Səfiri etimadnaməsinin surətini Nazirə təqdim edib.