Səfir Xalili Azərbaycan Respublikasının Müdafiə Naziri Zakir Həsənov ilə Görüşdü

18 Mart, 2015

Görüşün əvvəlində Nazir Əfqanıstan və Azərbaycan arasında iki ölkə üçün milli əhəmiyyət daşıyan müxtəlif sahələrdə qardaş münasibətlərin mövcudluğunu vurğuladı. Azərbaycan hərbi qulluqçuları tərəfindən Kabulun Həmid Karzai Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin edilməsini Nazir Azərbaycanın davamlı dəstək və yardımının əlaməti kimi xarakterizə etdi. 

Görüş zamanı Səfir Xalili Azərbaycanın Əfqanıstana göstərdiyi davamlı dəstək, Azərbaycan qoşunlarının ISAF ( Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) əməliyyatında iştirak, Əfqanıstan Müdafiə Nazirliyinin əməkdaşları üçün Azərbaycanın qısa müddətli təlim proqramlarının keçirilməsinə görə Nazirə dərin təşəkkürlərini bildirdi. Əfqanıstan hökumətinin və xalqının Azərbaycan tərəfindən göstərilən dəstəyin yüksək dərəcədə qiymətləndirildiyini və göstərilən köməyin heç vaxt unudulmadığını Səfir bir daha qeyd etdi. 

Bundan əlavə, Səfir vurğuladı: “Əfqanıstan uzun və əzablı yol keçib və beynəlxalq ictimaiyyətin köməyi ilə böyük tərəqqiyə nail olub, lakin sabit, demokratik və firavan ölkəyə çevrilməsini tam reallaşdırmaq üçün  gələcək beynəlxalq dəstəyə ehtiyyacı vardır.”

Əfqanıstan Səfiri Əfqan təhlükəsizlik qüvvələrində qadınların könüllü olaraq iştirak sayının artmasını qürurla qeyd etdi. 

Əfqan təhlükəsizlik qüvvələrinin indiki zamanda ölkənin təhlükəsizliyində tam məsuliyyət daşıdığını və beynəlxalq qüvvələrinin ancaq yardımçı rol oynadığı səbəbdən Səfir Azərbaycan Silahlı Qüvvələri Akademiyası tərəfindən Əfqanıstan Müdafiə Nazirliyinin nəznindəki Müdafiə Universitetinə gələcək dəstək göstərməsini xahiş etdi.

Sonunda Səfir Nazir Həsənovun gələcəkdə Kabula səfər edəcəyinə ümid etdi.