Əfqanıstan Səfirliyi ADA Universitetinin 5-ci Beynəlxalq Festivalında İştirak Etdi

20 Noyabr, 2015

Əfqanıstan Səfirliyi ADA Universitetinin 5-ci Beynəlxalq Festivalında iştirak edib. Səfir Taqi Xalili Əfqanıstanın mədəniyyət irsini qeyd edən Əfqan tələbələrinə qoşuldu; Əfqanıstanın mədəniyyətinə xas olan müxtəlif atributlar və simvollar digər millətlərin stendləri ilə bir sırada nümayiş etdirilmişdir. Səfir Xalili tədbirin hazırlanmasında əməyi olan Əfqan iştirakçıları və tələbələrinə öz təşəkkürünü bildirdi və hər zaman gələcəkdə Əfqanıstanın zəngin mədəniyyətini bu cür aktiv təmsil etməyə davam etməyə çağırdı.