Əfqanıstan Səfiri ADA Universitetinin Rektoru Hafiz Paşayevlə görüşdü

06 Fevral, 2015

Əfqanıstanın Azərbaycandakı Səfiri Mohammad Taqi Xalili bugün ADA Universitetini ziyarət edib və Xarici İşlər Nazirinin müavini və ADA Universitetinin Rektoru Hafiz Paşayevlə görüşüb.

Görüş cənab Paşayev tərəfindən qısaca ADA Universitetinin yaradılması tarixi və motivləri, tələbələrin sayı və fakültələrinin sadalanmasıyla başladı.  

Səfir Xalili Əfqan tələbələrinə elmi təqaüdlərin təmin edilməsində və Əfqanıstanın Xarici İşlər Nazirliyinin əməkdaşları üçün qısamüddətli ixtisaslaşdırma kurslarının keçirilməsində ADA-nın dəstəyini yüksək dərəcədə qiymətləndirdi. Cənab Xalili cənab Paşayevin iki ölkə arasında elmi və mədəni əlaqələrinin möhkəmləndirilməsində göstərdiyi əvəzedilməz səylərini vurğuladı.

Əfqanıstanın Diplomatiya İnstitutunun başçısı və ADA Universitetinin prorektoru arasında imzalanmış ikitərəfli Anlaşma Memorandumunun əsasında cənab Xalili iki ölkə arasında elmi və professional inkişaf əməkdaşlığın daha da gücləndirilməsinə dair öz arzularını bildirdi.

Görüşün sonunda cənab Paşayev Səfir Xaliliyə ADA Universitetini ziyarət etdiyi üçün təşəkkürünü bildirdi və Azərbaycanda diplomatik fəaliyyəti zamanı hər iki ölkə elmi, mədəni və professional əlaqələrinin genişləndirilməsinin şahidləri olacağına ümidvarlığını bildirdi.